Rusiyanın vitse-premyeri: Ermənistanın müraciəti əsasında Rusiya Azərbaycan və Türkiyə ilə əlaqəni təmin edəcək iki dəmir yolu hissəsinin bərpası ilə bağlı danışıqlara başlayır
Ermənistanın müraciəti əsasında Rusiya Azərbaycan və Türkiyə ilə əlaqəni təmin edəcək iki dəmir yolu hissəsinin bərpası ilə bağlı danışıqlara başlayır. Bu barədə Rusiyanın vitse-premyeri Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, bərpa olunacaq dəmir yolu hissələrinin ümumi uzunluğu təxminən 1,6 kilometr və 12,4 kilometr təşkil edir.
Aleksey Overçuk qeyd edib ki, layihənin həyata keçirilməsinin texniki, maliyyə və digər şərtləri danışıqlar zamanı müəyyənləşdiriləcək.
“Serməni tərəfinin müraciətinə və erməni xalqına qarşı dostluq, qardaşlıq hisslərinə əsaslanaraq, Rusiya Federasiyası Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı substantiv danışıqlara başlamaq qərarına gəlib. Bu, həmin xətlərin Yerask şəhəri yaxınlığında Azərbaycan Respublikasının dəmir yolu ilə, eləcə də Axuryan qəsəbəsi yaxınlığında Türkiyə Respublikasının dəmir yolu ilə birləşdirilməsini təmin edəcək. Rusiya təcrübəsinə, ekspertizasına və texnologiyalarına göstərilən etimadı yüksək qiymətləndiririk. Ermənistan tərəfi Rusiyaya müraciət etməklə bunu bir daha təsdiqlədi”, – deyə Aleksey Overçuk vurğulayıb.