Rusiyanın Ukraynanın Zaporojye şəhərinə hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb
Rusiyanın Ukraynanın Zaporojye şəhərinə hücumu nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb. Ukrayna mediasının məlumatına görə, hücum nəticəsində yaşayış və qeyri-yaşayış binalarına ziyan dəyib.
Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Fedorovun sözlərinə görə, şəhər gecə saatlarında dronlarla hücuma məruz qalıb və hücum səhərədək davam edib.
Sübh vaxtı Rusiya ordusunun idarəolunan aviasiya bombası Zaporojyenin rayonlarından birində fərdi yaşayış evini dağıdıb.
Hücum nəticəsində yanğın baş verib, partlayış dalğası və dağıntılar yaxınlıqdakı evlərə və yardımçı tikililərə də ziyan vurub