Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə etdiyi hücum nəticəsində iki nəfər həlak olub, 15 nəfər isə yaralanıb
Rusiyanın Ukraynanın Krivoy Roq şəhərinə etdiyi hücum nəticəsində iki nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Ukrayna mediası, hücumun zərbə dronları ilə həyata keçirildiyinə dair məlumat verir.
Mövcud məlumata əsasən, hücum nəticəsində ticarət mərkəzində yerləşən mağazalarda yanğın baş verib. Yerli hakimiyyət nümayəndələrinin bəyanatına əsasən, sözügedən ticarət mərkəzi şəhərin mərkəzində yerləşir.
“Yanğın tüğyan edir və görünür, çoxlu yaralı var. Təcili xilasetmə əməliyyatına başlanılıb” – şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul bildirib.