Rusiyanın Ukrayna ərazisinə növbəti hücumuna görə, Polşa aviasiyanı hərəkətə keçirib
Rusiyanın Ukrayna ərazisinə növbəti hücumuna görə, Polşa aviasiyanı hərəkətə keçirib

 

Rusiya tərəfindən Ukrayna ərazisinə qarşı həyata keçirilmiş və əsasən qərb bölgələrinə yönəlmiş hücuma görə, Polşa aviasiyanı hərəkətə keçirib.

Bu haqda məlumatı Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı sosial şəbəkədə yayır.

Polşada qırıcı təyyarələrin havaya qalxması haqda məlumat yayılır.

“Polşa və müttəfiqlərin hava qüvvələri hava məkanımızda fəaliyyət göstərirlər. Prosedurlara uyğun olaraq, silahlı qüvvələrin əməliyyat komandanı sərəncamında olan lazımi qüvvələri və resursları səfərbər edib. Qırıcı təyyarələr və erkən xəbərdarlıq təyyarələri havaya qalxıb, quruda yerləşdirilmiş hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri ən yüksək hazırlıq səviyyəsinə gətirilib. Bu tədbirlər preventiv xarakter daşıyır və xüsusilə təhlükə daşıyan zonalara bitişik ərazilərdə hava məkanının təhlükəsizliyinin təmin edilməsinə yönəlib” – ölkənin silahlı qüvvələrinin əməliyyat komandanlığı tərəfindən yayılmış bəyanatda qeyd olunub.