Rusiyanın Tula vilayətində Ukrayna dronları Wildberries şirkətinin logistika mərkəzlərindən birinə zərbə endirib

10:50, 05.08.2026

Gecə saatlarında Ukrayna dronları Rusiyanın Tula vilayətində Wildberries şirkətinin logistika mərkəzlərindən birinə zərbə endirib.
Tula vilayətinin qubernatoru Dmitri Milyayevin sözlərinə görə, hücum nəticəsində bir nəfər yaralanıb.
Wildberries şirkətindən bildirilib ki, obyektdən bütün əməkdaşlar təxliyə olunub.
Son dövrlərdə Wildberries şirkətinin anbarları dəfələrlə hücumların hədəfinə çevrilib. Bir neçə gün əvvəl Ukrayna dronları Vladimir vilayətində yerləşən şirkətin ən iri anbarlarından birini məhv edib. Bundan əvvəl isə Samara vilayətində yerləşən Wildberries anbarlarına zərbələr endirilmişdi.
Bununla yanaşı, Rusiya Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hücum həyata keçirib. Hücum nəticəsində 14 nəfər həlak olub, 22 nəfər yaralanıb.

Oxşar