Rusiyanın Tuapse şəhərində dronla növbəti hücum nəticəsində ölkənin ən iri neft emalı zavodlarından birində yanğın baş verib
Rusiyanın Tuapse şəhərində dronla növbəti hücum nəticəsində Rusiyanın ən iri neft emalı zavodlarından birində yanğın baş verib.
Yerli hakimiyyət neft emalı zavoduna hücumu təsdiqləyib.
“Reuters”in yazdığına görə, dron hücumları səbəbindən Tuapse zavodu aprelin 16-dan fəaliyyətini dayandırıb.
Tuapse zavodu Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir və xam neftin ilkin emalı üzrə ixtisaslaşıb. Müəssisə “Rosneft” şirkətinin tərkibinə daxildir. Zavodun illik emal gücü təxminən 12 milyon ton təşkil edir. Burada əsasən neft distillatları, mazut, dizel yanacağı və aviasiya kerosini istehsal olunur ki, onun da 90 faizi ixrac edilir.