Rusiyanın Sumi və Donetsk vilayətlərinə zərbələri nəticəsində beş nəfər həlak olub, 20 nəfər isə yaralanıb

11:25, 20.07.2026

 

Rusiyanın Sumi və Donetsk vilayətlərinə endirdiyi zərbələr nəticəsində beş mülki şəxs həlak olub, 20 nəfər isə yaralanıb.

Yerli polisin məlumatına əsasən, ötən sutka ərzində Rusiya qoşunları Sumi vilayətinin 27 yaşayış məntəqəsini vurub.

Kritik infrastruktur obyektləri, sənaye müəssisələri, yanacaqdoldurma məntəqələri, mağazalar, anbar və inzibati təyinatlı binalar, mədəniyyət müəssisələri, yaşayış evləri, eləcə də nəqliyyat vasitələri zərər görüb.

Oxşar