Rusiyanın Stavropol bölgəsində dron hücumundan sonra "Lukoil"in zavodunda yanğın baş verib
Stavropol bölgəsinin Budionovsk şəhərində, Rusiyada polietilen və polipropilenin əsas istehsalçılarından biri olan Stavrolen neft-kimya zavoduna hücum edilib. Medianın məlumatına əsasən, hücumdan sonra zavodda genişmiqyaslı yanğın baş verib.
Bölgənin rəhbəri Vladimer Vladimirov şəhərə endirilən zərbələri və sənaye zonasındakı yanğını təsdiqləyib.
“Stavrolen” Rusiyada polietilen və polipropilenin əsas istehsalçılarından biridir. Şirkət “Lukoil Group”un bir hissəsidir. Zavod polietilen, polipropilen, benzol, vinil asetat və digər neft-kimya məhsulları istehsal edir. Zavodun ildə təxminən 340 000 ton etilen, 319 000 ton polietilen və 113 000 ton polipropilen istehsal etdiyi müəyyən edilib. Həmçinin, Rusiyanın hərbi-sənaye kompleksinə xidmət göstərir. Şirkət karbohidrogenlərin emalı üzrə tam imkanlara malikdir. Zavod həmçinin pilotsuz uçuş aparatlarının komponentlərini istehsal edir.