Rusiyanın Saratov vilayətinin inzibati mərkəzində, Saratov və Engels şəhərlərində partlayış səsləri eşidilib
Rusiyanın Saratov vilayətinin inzibati mərkəzində, Saratov və Engels şəhərlərində partlayış səsləri eşidilib

Rusiyanın Saratov vilayətinin inzibati mərkəzi olan Saratov və Engels şəhərlərində partlayış səsləri eşidilib.

Bu barədə məlumatı rusiyalı Telegram kanalları yerli qubernatorlara istinadən yayırlar.

Saratov vilayətinin qubernatoru Roman Busarqin təxminən səhər saat 04:00-da pilotsuz uçuş aparatları ilə bağlı təhlükə barədə məlumat verib və qeyd edib ki, fövqəladə xidmətlər tam hazırlıq vəziyyətinə gətirilib.

Partlayışlar səbəbindən Saratov hava limanının fəaliyyəti dayandırılıb. Eyni zamanda, Ulyanovsk, Kazan və Nijnekamsk hava limanları da fəaliyyət göstərmir.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, ötən gecə ərzində ölkənin altı regionu üzərində 60 Ukrayna pilotsuz uçuş aparatı vurulub.

Ehtimal olunur ki, ukraynalılar Engels şəhəri yaxınlığında yerləşən hərbi aerodroma hücum ediblər. Bundan əlavə, Nijnekamsk şəhərində Rusiyanın ən böyük neft emalı zavodlarından biri yerləşir.