Rusiyanın Samara vilayətində iki neft emalı zavoduna dronlarla hücum həyata keçirilib
Rusiyanın Samara vilayətində iki neft emalı zavoduna dronlarla hücum həyata keçirilib.
Sizran və Novokuybişevsk müəssisələrinə dronlarla həyata keçirilən hücumu vilayət qubernatoru Dmitri Azarov təsdiqləyir.
Onun verdiyi məlumata əsasən, hücum nəticəsində Sizran neft emalı zavodunda yanğın baş verib. Onun sözlərinə görə, xəsarət alan olmayıb.
Cari həftənin əvvəlindən Rusiyanın bir sıra neft emalı zavodlarına dronlarla hücumu həyata keçirilib. İldə 17,1 milyon ton neft istehsal edən və Moskva yaxınlığındakı bölgələrin əsas yanacaq tədarükçüsü olan Ryazan neft emalı zavoduna çərşənbə günü hücum həyata keçirilib. Bununla yanaşı, Rostov vilayətindəki “Novoşaxtinski” neft zavoduna və Nijni Novqoroddaki “Lukoil” zavoduna dronla hücum həyata keçirilib. “Bloomberg” agentliyinin məlumatına əsasən, bu üç müəssisə Rusiyanın neft emalı həcminin 12%-ni təşkil edir.