Rusiyanın raket zərbələri nəticəsində Kiyevdə Azərbaycanın səfirlik binası zədələnib

14:59, 19.07.2026

Rusiyanın raket zərbələri nəticəsində Kiyevdə Azərbaycanın səfirlik binası zədələnib.
Səfirlik binasından 200-250 metr məsafədə, Lukyanovskaya metro stansiyasının qarşı tərəfində raketin partlaması nəticəsində pəncərələr sınıb və tavan zədələnib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, müharibə başlayandan etibarən Kiyevdə Azərbaycanın səfirliyinin inzibati binası Ukraynanın paytaxtına endirilən hava zərbələri nəticəsində bir neçə dəfə zədələnib.

Oxşar