Rusiyanın raket hücumu nəticəsində Ukraynanın Uman şəhərində 23 nəfər, Dnepropetrovskda isə, 2 nəfər həlak oldu

12:47, 29.04.2023

Ukraynanın Uman şəhərində Rusiya işğalçı qüvvələrinin yaşayış binasını bombalaması nəticəsində ölənlərin sayı 23-ə qədər artdı. Ukrayna medisının məlumtına görə, həlak olanlar arasında dördü uşaqdır.

Umanda yaşayış binası Rusiya hərbçiləri tərəfindən atılan iki raketlə vuruldu. Kiyevdən 200 kilometr aralıda yerləşən Uman şəhəri gecə yarısı bombalandı.

Raket hücumu nəticəsində 17 nəfər xəsarət aldı, xilasedicilər isə, üç uşağı dağıntılar altından çıxardılar.

Dnepropetrovskda Rusiyanın həyata keçirdiyi partlayış nəticəsində daha iki nəfər həlak oldu. Ukrayna mediasının məlumatına görə, raket hücumu nəticəsində 31 yaşlı qadın və uşağı həlak oldu.

Ötən gün ərzində Ukrayna ordusu Rusiyanın 50-yə yaxın hücumunun qarşısını aldı.

Oxşar