Rusiyanın Qara dənizdə gəmiyə hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

21:53, 20.07.2026

Rusiyanın Qara dənizdə gəmiyə həyata keçirdiyi hücum nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Medianın məlumatına görə, ölənlər arasında Hindistanın dörd vətəndaşı da var. Məlumatı Hindistanın Xarici İşlər Nazirliyi də təsdiqləyib. Nazirliyin açıqlamasına əsasən, hücum nəticəsində daha bir Hindistan vətəndaşı yaralanıb və onun vəziyyəti kritikdir.
Xatırladaq ki, ötən gecə Rusiya Qvineya-Bisau bayrağı altında üzən, taxılla yüklənmiş mülki gəmiyə hücum edib. Rusiya qüvvələri gəmi Odessa limanını tərk etdiyi vaxt zərbə endirib.
BBC-nin məlumatına görə, son dövrlərdə Odessa limanından istifadə edən ticarət gəmilərinə qarşı Rusiyanın hücumları artıb.

Oxşar