Rusiyanın Penza şəhərində “Wildberries” şirkətinin logistika mərkəzinə dronlarla hücum edilib

13:28, 30.07.2026

Rusiyanın Penza şəhərində “Wildberries” şirkətinin logistika mərkəzinə dronlarla hücum edilib.

“BBC”nin Penza vilayətinin qubernatoru Oleq Melnıçenkoya istinadən yaydığı məlumata görə, hücum nəticəsində logistika mərkəzində güclü yanğın baş verib. Hadisə zamanı bir nəfər xəsarət alıb.

“Wildberries” şirkətinin mətbuat xidmətindən bildirilib ki, logistika zəncirləri artıq yenidən qurulub. Təchizatçılardan yüklərin qəbulu və müştərilərin sifarişlərinin göndərilməsi digər logistika obyektləri vasitəsilə həyata keçirilir.

“BBC” yazır ki, iyulun 18-dən etibarən Ukrayna Rusiya ərazisində “Wildberries” şirkətinin logistika terminallarına azı doqquz hücum həyata keçirib. Hücumların hədəfi Moskva vilayətində, Sankt-Peterburqda, Krasnodarda, Nevinnomıssk şəhərində, eləcə də Rusiyanın işğal etdiyi Krım ərazisində və Simferopolda yerləşən anbarlar olub.

Oxşar