Rusiyanın onlayn satış şirkəti „Ozon“ Saratov şəhərindəki logistika mərkəzinə dronlarla hücum edildiyini açıqlayıb

13:44, 11.09.2026

Rusiyanın onlayn satış şirkəti „Ozon“ Saratov şəhərində yerləşən logistika mərkəzinə dronlarla hücum edildiyini açıqlayıb. Şirkətin məlumatına görə, mərkəzdə yanğın baş verib və əməkdaşların təxliyə olunmasına ehtiyac yaranıb.
Saratov vilayətinin qubernatoru Roman Busargin bildirib ki, dron hücumu nəticəsində şəhərdə mülki infrastruktura ziyan dəyib.

„Əməkdaşlarımızın təxliyəsini operativ şəkildə həyata keçirdik. İlkin məlumata görə, xəsarət alan yoxdur. Yanğın baş verib, hazırda hadisə yerində fövqəladə hallar xidmətləri işləyir“, – deyə „Ozon“un Telegram kanalında yaydığı açıqlamada bildirilir.

Şirkətin məlumatına görə, Saratov şəhərində və Saratov vilayətində „Ozon“ müştərilərdən sifarişlərin, satıcılardan isə malların qəbulunu dayandırıb.

Oxşar