Rusiyanın Odessaya hücumu nəticəsində azı 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb
Rusiya Ukraynanın Odessa şəhərinə kütləvi hücum həyata keçirib. Azı 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.
Medianın Odessanın meri Qennadi Truxanova istinadən yazdığı kimi, şəhərdə partlayışlar silsiləsi baş verib, mülki infrastruktura, o cümlədən yaşayış evlərinə, çoxmərtəbəli binalara, fərdi evlərə və avtomobillərə ziyan dəyib. Bir neçə yerdə yanğın baş verib. Hazırda yanğın söndürülür.
Çoxmərtəbəli binaların birindən 200-dən çox insan təxliyə edilib.
Truxanov şəhərə hücum nəticəsində məktəb binalarından birinə də ziyan dəydiyini deyib.