Rusiyanın Odessaya endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub.
Rusiya Odessaya hava zərbələri endirib. Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lisak sosial şəbəkədə məlumat verib.
Lisakın sözlərinə görə, hücum nəticəsində üç nəfər həlak olub.
“Hazırkı məlumata görə, düşmənin hücumu nəticəsində üç nəfər həyatını itirib. Daha üç nəfər yaralanıb. Yaralılar orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”, – deyə Sergey Lisak bildirib.
Hücum nəticəsində yaşayış binalarına da ziyan dəyib.