Rusiyanın Odessaya endirdiyi hava zərbəsi nəticəsində çoxmərtəbəli bina uçub, ölənlər var

11:35, 02.03.2024

Rusiyanın Odessaya hücumu nəticəsində çoxmərtəbəli bina uçub, ölənlər var. Bu barədə Ukrayna mətbuatı məlumat yayır.

İndiyədək iki nəfərin öldüyü təsdiqlənib, yeddi nəfər isə itkin düşmüş hesab olunur. Hadisə yerində xilasedicilər işləyirlər.

Bununla yanaşı, Ukrayna Müdafiə Qüvvələri gecə saatlarında Odessa istiqamətində atılan səkkiz pilotsuz təyyarədən yeddisinin vurulduğunu, gecə ərzində Ukraynanın hava məkanında ümumilikdə 14 pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. O cümlədən Nikolaev, Zaporojiye, Xarkov, Sumı və Dnepropetrovsk rayonlarında.

Cəbhədəki vəziyyətə gəlincə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına əsasən, son 24 saat ərzində 82 toqquşmas baş verib. Rusiya ümumilikdə 9 raket və 100 hava zərbəsi həyata keçirib, reaktiv yaylım atəşi sistemlərindən 161 dəfə atəş açıb. Ukrayna əsgərləri Liman, Baxmut, Avdeevki istiqamətində rus ordusunun hücumlarını dəf edə bilib.

Bununla yanaşı, Ukrayna mətbuatının məlumatına əsasən, son sutka ərzində Ukrayna silahlı qüvvələri Rusiyanın canlı qüvvə və texnikasının yığıldığı 13 yerə zərbələr endirib. Hərbi texnika və silah anbarları dağıdılıb.

Oxşar