Rusiyanın Odessa vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatdı
Rusiyanın Odessa vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatdı

Rusiyanın Odessa vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatdı. “BBC” məlumatəna görə, bu barədə Odessa Rayon Prokurorluğu məlumat yayır.

Ölənlər arasında 11 yaşlı uşaq da var. Altısı uşaq olmaqla 38 yaralı xəstəxanaya yerləşdirilib. İki yaralının vəziyyəti ağırdır.

Ötən gecə Rusiya qüvvələri Odessa vilayətindəki kurort yaşayış məntəqəsinə üç raket zərbəsi endirdi. Raketlərdən biri doqquz mərtəbəli yaşayış binasına, digəri Odessadan 80 kilometr cənubda iki istirahət bazasına düşdü.