Rusiyanın Odessa vilayətinə dronlarla hücumu nəticəsində 5 nəfər yaralanıb
Rusiyanın Odessa vilayətinə dronlarla hücumu nəticəsində 5 nəfər yaralanıb

 

Rusiyanın Odessa vilayətinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 5 nəfər yaralanıb.

Bu barədə məlumatı Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yayır.

Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, hücum nəticəsində liman infrastrukturu obyektinin ərazisində, eləcə də yaşayış evlərində və yanacaqdoldurma stansiyasında yanğın baş verib.

Bundan başqa, Odessanın Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper dronlarla hücum nəticəsində 30 mindən çox abonentin işıqsız qaldığını bildirir.

Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, gecə işğalçı qüvvələr Ukrayna istiqamətində 112 dron buraxıblar, onlardan 87-sini dəf etmək mümkün olub. 12 yerə dronlarla zərbələrin endirilməsi qeydə alınıb.