Rusiyanın Nüvə Müdafiə Qüvvələrinin rəisi və onun köməkçisi Moskvada partlayış nəticəsində həlak olub

10:22, 17.12.2024

 
Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi, general-leytenant İqor Kirillov Moskvada baş verən partlayış nəticəsində həlak olub.

Bu haqda məlumatı Rusiyanın İstintaq Komitəsi yayır.

Partlayıcı qurğu yaşayış evinin girişinin yaxınlığında dayanan skuterə quraşdırılıbmış. Partlayış nəticəsində İqor Kirillovun köməkçisi də həlak olub. Hadisə yerində müstəntiqlər, kriminalistlər və əməliyyat xidmətləri işləyir.

Oxşar