Rusiyanın Novorossiysk şəhərinə dronlarla hücum edilib, 2 nəfər həlak olub
Rusiyanın Novorossiysk şəhərinə dronlarla hücum edilib, 2 nəfər həlak olub

 

Rusiyanın Novorossiysk şəhərinə dronlarla hücum edilib.

Bu barədə məlumatı Krasnodar diyarının qubernatoru Veniamin Kondratiev yayır.

O, iki nəfərin həlak olması və üç nəfərin yaralanması haqda məlumat verib.

Qubernatorun “Telegram”da yazdığı kimi, Ukrayna pilotsuz uçuş aparatları ilə zərbə şəhərin mərkəzinə edilib, beş yaşayış evi, eləcə də “Novorossiysk” otelinin binasına zərər dəyib.

Bununla yanaşı, “Xəzər Boru Kəməri Konsorsiumu”nda dronlarla hücum nəticəsində şirkətin ofisinin zərər gördüyünü bildirirlər.