Rusiyanın Müdafiə Nazirliyində Pokrovsk və Kupyanskda Ukrayna qoşunlarının mühasirədə olduğunu və onların təslim olmaqdan başqa xilas olma şansının olmadığını bildirirlər
Rusiyanın Müdafiə Nazirliyi Pokrovsk və Kupyanskda Ukrayna qoşunlarının mühasirədə olduğunu və onların könüllü təslim olmaqdan başqa xilas olma şansının olmadığını bəyan edir.
“Bu gün Kupyansk və Krasnoarmeyskin blokadaya alınmış məhəllələrində ilişib qalan, hücumlardan və rus qoşunlarının irəliləməsindən davamlı olaraq əhəmiyyətli itkilər verən Ukrayna Silahlı Qüvvələrinin qruplarının vəziyyəti sürətlə pisləşir. Buna görə də ukraynalı hərbi qulluqçuların könüllü təslim olmaqdan başqa xilas olma şansı yoxdur” – nazirliyin bəyanatında deyilir.
“Reuters”in məlumatına əsasən, döyüş xəritələri göstərir ki, rus qüvvələri Pokrovskun tam mühasirəsindən bir neçə kilometr uzaqdadır, Kupyanskın əhəmiyyətli hissəsinə nəzarət edirlər və şəhərə gedən əsas yolda irəliləyirlər.
Bununla yanaşı, Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskinin bazar ertəsi günü Ukrayna qüvvələrinin hələ də Kupyanskın böyük bir hissəsinə nəzarət etdiyi barədə verdiyi bəyanatı birbaşa təkzib edib.