Rusiyanın Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin gecə ərzində 70 Ukrayna pilotsuz uçuş aparatını vurması haqda məlumat verir

11:06, 03.02.2025

 

Rusiyanın hava hücumundan müdafiə sistemləri gecə Rostov, Volqoqrad, Astraxan, Voronej, Belqorod və Kursk vilayətlərində 70 Ukrayna pilotsuz uçuş aparatını vurub.

Rusiyanın Müdafiə Nazirliyinin məlumatına əsasən, Rostov vilayətinin ərazisində 27, Volqoqrad vilayətində 25, Astraxan vilayətində 7, Voronejdə 5, Belqorod vilayətinin ərazisində 4 və Kursk vilayətinin ərazisində iki pilotsuz uçuş aparatını vurublar.

Bununla yanaşı, “Rosaviatsiya” uçuşların təhlükəsizliyini təmin etmək üçün Volqoqrad, Astraxan, Kazan, Ulyanovsk, Nijnekamsk və Saratov hava limanlarında müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Daha sonra məhdudiyyətlər aradan qaldırılıb.

Oxşar