Rusiyanın Müdafiə Nazirliyi ölkənin 13 bölgəsində 193 Ukrayna dronunu vurmaları haqda məlumat verir
Rusiyanın Müdafiə Nazirliyi ölkənin 13 bölgəsində 193 Ukrayna dronunu vurmaları haqda məlumat verir

 

Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri gecə ölkənin 13 bölgəsinə doğru uçan 193 Ukrayna dronunu məhv edib.

Bu haqda məlumatı “RİA Novosti” Rusiyanın Müdafiə Nazirliyinə istinadən yayır.

Yayılmış məlumata əsasən, ruslar Moskva vilayətində 40 dronu, o cümlədən paytaxta doğru uçan 34 pilotsuz uçuş aparatını məhv ediblər; Bryansk vilayətində – 47; Kaluqa vilayətində – 42; Tula vilayətində – 32; Kursk vilayətində – 10; Oryol vilayətində – 7; Voronej və Rostov vilayətlərində – 4; Tambov və Orenburq vilayətlərinin hər birində 2; Belqorod, Lipetsk və Samara vilayətlərinin hər birində isə bir pilotsuz uçuş aparatını məhv ediblər.