Rusiyanın MSK-sı Dövlət Dumasına seçkilərin yekunlarını açıqlayıb – “Vahid Rusiya” partiyası parlamentdə 349 mandat əldə edib
Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkilərin yekunlarını açıqlayıb
Rusiyanın Mərkəzi Seçki Komissiyası Dövlət Dumasına seçkilərin nəticələrini yekunlaşdırıb.
Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə, “Vahid Rusiya” partiyası Dövlət Dumasında 349 mandat əldə edib. Onlardan 140-ı federal siyahı üzrə, 209-u isə birmandatlı seçki dairələrindən qazanılıb.
Digər partiyalara gəlincə, Kommunist Partiyası 37, Liberal Demokrat Partiyası 23, “Yeni İnsanlar” 19, “Ədalətli Rusiya” 17, “Rodina” partiyası isə 1 mandat əldə edib. Bundan əlavə, dörd müstəqil namizəd də Dövlət Dumasında yer qazanıb.
Pamfilovanın sözlərinə görə, doqquzuncu çağırış Dövlət Dumasına seçkilərdə seçicilərin 59,8 faizdən çoxu iştirak edib. O, bu göstəricinin son üç parlament seçkisi üzrə rekord nəticə olduğunu bildirib.
Qeyd edək ki, Rusiyada parlament seçkiləri sentyabrın 18-dən 20-dək keçirilib. Seçkilərdə ümumilikdə 10 partiya iştirak edib.
Rusiya parlamentində 450 yer var. Mandatların yarısı proporsional sistem üzrə, digər yarısı isə birmandatlı seçki dairələrindən seçilib. Parlamentə daxil olmaq üçün 5 faizlik seçki baryerini keçmək tələb olunub.