Rusiyanın Leninqrad vilayətində yerləşən "Ust-Luga" neft terminalı Ukrayna Müdafiə Qüvvələrinin hücumu nəticəsində zərər görüb
Rusiyanın Leninqrad vilayətində yerləşən “Ust-Luga” neft terminalı Ukrayna Müdafiə Qüvvələrinin hücumu nəticəsində zərər görüb. Bu haqda məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayır.
“Transneft-Baltika” şirkətinə məxsus üç saxlama çəninə ziyan dəyməsi təsdiqlənib. Bu obyekt Rusiyanın neft ixracı infrastrukturunun vacib elementidir və əldə edilən gəlir Ukraynaya qarşı silahlı təcavüzü davam etdirmək üçün istifadə olunur” – bəyanatda deyilir.
Onların sözlərinə əsasən, hazırda zərərin miqyası dəqiqləşdirilir və Ukrayna qüvvələri Rusiyanın enerji infrastrukturuna hücum etməyə davam edəcək.
“Ukrayna Müdafiə Qüvvələri Ukraynaya qarşı silahlı təcavüz tamamilə dayandırılana qədər həm Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, həm də Rusiya Federasiyası ərazisində düşmən hədəflərinə zərbələr endirməyə davam edəcək” – bəyanatda deyilir.