Rusiyanın Kiyevə hücumuna görə Avropa İttifaqı Rusiyanın Brüsseldəki səfirini çağırıb
Rusiyanın Kiyevə hücumuna görə Avropa İttifaqı Rusiyanın Brüsseldəki səfirini çağırıb.
Bu barədə Avropa İttifaqının ali nümayəndəsi Kaia Kalas X sosial şəbəkəsində yazır.
“İndilərdə Kiyevdəki Avropa İttifaqının nümayəndəliyindən olan həmkarlarımla binamız Rusiyanın zərbəsi nəticəsində zədələndikdən sonra danışdım. Sizin Ukraynanı dəstəkləməyə davam etmə qətiyyətiniz bizə güc verir. Heç bir diplomatik missiya hədəf olmamalıdır. Cavab olaraq Rusiyanın Brüsseldəki səfirini çağırırıq” – Kaia Kalas yazıb.
Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 4-ü uşaq olmaqla 15-ə yüksəlib. Rusiyanın hücumu nəticəsində Kiyevdə yaşayış binaları, özəl evlər və uşaq bağçalarına ziyan dəyib. Binalardan biri qismən dağılıb. Həmçinin, Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binası, Britaniya Şurasının binasına, “Azadlıq” radiosunun ofislərinə zərər dəyib.