Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər həlak olub, 25 nəfər isə yaralanıb

17:42, 23.09.2026

Rusiyanın Kiyevə hücumu nəticəsində iki nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Hücum nəticəsində dəmir yolu infrastrukturu, anbarlar və yanacaqdoldurma məntəqələri zədələnib. Kliçkonun sözlərinə görə, pilotsuz uçuş aparatı doqquzmərtəbəli qeyri-yaşayış binasına da dəyib.

Bundan əlavə, Donetsk bölgəsinə edilən hücum nəticəsində dörd nəfər həlak olub, dörd nəfər yaralanıb, çoxmərtəbəli yaşayış binası isə tamamilə dağılıb. Daha 11 çoxmərtəbəli bina və 42 fərdi yaşayış evi, həmçinin uşaq bağçası, mağaza, inzibati bina və nəqliyyat vasitələri zədələnib.

Daha səkkiz nəfərədək insan dağıntılar altında qalmış ola bilər.

Donetsk vilayətinin rəhbəri bölgə sakinlərini təxliyə olunmağa çağırdı.

Oxşar