Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, onların arasında üç uşaq da var
Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb, onların arasında üç uşaq da var

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 24-ə yüksəlib, onların arasında üç uşaq var. Məlumatı Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti yayıb.

Onların məlumatına görə, azı 47 nəfər yaralanıb, onların arasında iki uşaq da var.

Dağıntıların təmizlənməsi işləri bu vaxtadək davam edir.

Xatırladaq ki, son iki gün ərzində Rusiya Ukrayna istiqamətində 1 567 dron və 56 raket buraxıb. Ən ağır nəticələr isə Kiyevə hücumların ardından qeydə alınıb.

Bu gün Ukraynanın paytaxtında matəm günü elan olunub.