Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 19-a yüksəlib
Rusiyanın Kiyevə hücumu nəticəsində həlak olanların sayı 19-a yüksəlib

 

Rusiyanın Ukraynanın paytaxtına kütləvi hücumu nəticəsində həlak olanların sayı 19-a yüksəlib. Qurbanlar arasında 4 uşaq var. Bu barədə Kiyev Hərbi Dairəsinin Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayır.

Onun məlumatına əsasən, Darnitski rayonunda zərbənin endirildiyi yerdə axtarış-xilasetmə işləri davam edir.

Tkaçenkonun qeyd etdiyi kimi, dağıntılar altında ola bilsin 10-a qədər insan olsun.

Öz növbəsində, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, 52 nəfər xəsarət alıb.

Rusiyanın hücumu nəticəsində Kiyevdə yaşayış binaları, özəl evlər və uşaq bağçalarına ziyan dəyib. Binalardan biri qismən dağılıb. Həmçinin, Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binası və Britaniya Şurasının binasına, “Azadlıq” radiosu və “Ukrainskaya pravda” nəşrinin ofislərinə zərər dəyib.