Rusiyanın Kiyevə hücumu nəticəsində qurbanların sayı 12-yə yüksəlib, 48 nəfər yaralanıb
Rusiyanın Kiyevə hücumu nəticəsində qurbanların sayı 12-yə yüksəlib, 48 nəfər yaralanıb

 

Rusiyanın Kiyevə hücumu nəticəsində qurbanların sayı 12-yə yüksəlib. Bu barədə Kiyev Hərbi Dairəsinin Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

Onun məlumatına əsasən, 48 nəfər yaralanıb.

Hücum nəticəsində Kiyevdə yaşayış binasının bir hissəsi dağılıb. Dağıntılar arasında axtarış-xilasetmə işləri davam edir.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, Rusiya gecə ərzində 629 raket və drondan istifadə etməklə Ukraynaya kütləvi hücum edib, hava hücumundan müdafiə sistemi onlardan 589-nu məhv edib. Belə ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına əsasən, Rusiya ordusu 598 “Shahed” dronu buraxıb, onlardan 563-nü vurublar və ya zərərsizləşdiriblər, 2 ədəd “Kinzhal” aerobalistik raketdən birini vurublar, 9 ədəd “Iskander” ballistik raketdən isə hava hücumundan müdafiə qüvvələri 7-ni məhv edib, həmçinin buraxılmış 20 qanadlı raketdən 18-ni vurublar.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, zərbələr 13 yerdə qeydə alınıb, fraqmentlər isə 26 yerə düşüb. Çerniqov, Sumi və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı hələ də davam edir.