Rusiyanın Kiyevə hücumu nəticəsində dünyasını dəyişənlərin sayı 15-ə yüksəlib, onların arasında 4-ü uşaqdır
Rusiyanın Kiyevə hücumu nəticəsində dünyasını dəyişənlərin sayı 15-ə yüksəlib, onların arasında 4-ü uşaqdır

 

Rusiyanın Kiyevə hücumu nəticəsində dünyasını dəyişənlərin sayı 15-ə yüksəlib, onların arasında 4-ü uşaqdır. Bu barədə Kiyev Hərbi Dairəsinin Administrasiyasının rəhbəri Timur Tkaçenko deyib.

Daxili işlər naziri İqor Klimenko 38 nəfərin yaralanması haqda məlumat verir. Klimenkonun dediyi kimi, 10-a yaxın insan hələ də itkin düşmüş sayılır. Zərbələrin endirildiyi yerlərdə xilasetmə-axtarış işləri davam edir.

Kiyevin meri Vitali Kliçko avqustun 29-nun Kiyevdə matəm günü elan edildiyini bildirib.

Rusiyanın hücumu nəticəsində Kiyevdə yaşayış binaları, özəl evlər və uşaq bağçalarına ziyan dəyib. Binalardan biri qismən dağılıb. Həmçinin, Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binası və Britaniya Şurasının binasına zərər dəyib.

Britaniya Şurasının bəyanatına əsasən, ofis ciddi zərər görüb və ziyarətçilər üçün bağlı olacaq.