Rusiyanın Kiyevə hücumu nəticəsində 7 nəfər yaralanıb, Ukrayna Nijni Novqorod bölgəsində yerləşən enerji obyektinə cavab hücumu edib, lakin heç kim xəsarət almayıb
“Sky News” gecə Rusiyanın Kiyevə hücumları nəticəsində 7 nəfərin yaralanması haqda məlumat verir.
Ukraynanın Hərbi Hava Qüvvələrinin məlumatına əsasən, bütün gecə ərzində Rusiya Ukrayna istiqamətində 130 raket və dron buraxıb.
Yayılmış məlumata əsasən, onlardan 92-sini zərərsizləşdirə biliblər.
Medianın məlumatına əsasən, Ukrayna da Rusiyaya cavab hücumu edib və Nijni Novqorod bölgəsində yerləşən enerji obyektinə hücum həyata keçirilib. Yayılmış məlumata əsasən, heç kim xəsarət almayıb və hücum elektrik enerjisinin kəsilməsi ilə belə nəticələnməyib.
Məlumat üçün bildirək ki, əvvəlki gecə Rusiya tərəfindən dronlarla hücum nəticəsində Kiyevdə iki nəfər həyatını itirib. Çerniqov bölgəsində hücum nəticəsində isə 4 nəfər həlak olub.