Rusiyanın Kiyevə hücumu nəticəsində 3 nəfər ölüb, azı 10 nəfər yaralanıb
Rusiyanın Kiyevə hücumu nəticəsində 3 nəfər ölüb, azı 10 nəfər yaralanıb. Ölənlər arasında ata və onun 5 yaşlı oğlu da var. Xəsarət alanlar arasında 11 aylıq körpə də var.
“Kiyevə böyük dron hücumu”. – Kiyevin meri Vitali Kliçko Telegram kanalında yazıb.
Pilotsuz təyyarələrin hücumları nəticəsində Kiyevin müxtəlif rayonlarında çoxmərtəbəli yaşayış binalarında yanğınlar baş verib.
Yanğınsöndürmə işləri hələ də davam edir.