Rusiyanın Kiyevə hücumu dinc əhali arasında tələfata səbəb olub, yaralananlar da var
Ukraynanın paytaxtı Kiyevə Rusiyanın hücumu dinc əhali arasında tələfata səbəb olub. Dronlarla həyata keçirilən hücum nəticəsində bir nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb.
Hücumun hədəfi Kiyevin dörd rayonu olub. Kiyevin meri Vitali Kliçkonun bəyan etdiyi üzrə, düşmən dronu şəhərin Darnitsa rayonunda yanacaqdoldurma məntəqəsinə zərbə endirib. Kliçko onu da əlavə edib ki, Obolon rayonunda anbar bombalanıb.
Saperno-Slobodskaya küçəsində və Nauka prospektində hərəkət qismən bağlanıb. Yola tullantılar səpələnib.
Daxili İşlər Nazirliyinin məlumatına əsasən, təkcə Solomenski rayonunda altı nəfər xəsarət alıb.