Rusiyanın Kiyevə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 30-a çatıb

10:40, 03.07.2026

Rusiyanın Kiyevə endirdiyi hücum nəticəsində həlak olanların sayı 30-a yüksəlib, 91 nəfər yaralanıb. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən bildirilib ki, axtarış-xilasetmə işləri bir neçə ünvanda, o cümlədən Darnıtski rayonunda davam etdirilir. Həmin rayonda hücum nəticəsində çoxmərtəbəli yaşayış binası qismən dağılıb. Xilasedicilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, hazırda üç nəfər itkin düşmüş hesab olunur.

Bu gün Kiyevdə matəm günüdür. Şəhərdəki bütün bələdiyyə binalarında dövlət bayraqları yarıyadək endirilib

Oxşar