Rusiyanın Kiyevə endirdiyi hücum nəticəsində iki nəfər həlak olub
Rusiyanın Kiyevə endirdiyi hücum nəticəsində iki nəfər həlak olub. Bu barədə Kiyev meri Vitali Kliçko məlumat yayıb.
“Paytaxta düşmən hücumu nəticəsində iki nəfər həyatını itirib. Kiyevdə daha altı sakin yaralanıb”, – deyə Kliçko bildirib.
Onun sözlərinə görə, yaralılar arasında 16 yaşlı yeniyetmə də var. Üç yaralı həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib. Hücumların əsas hədəfi Kiyevin Svyatoşın və Darnıtski rayonları olub.
Darnıtski rayonunda inzibati-anbar binasında, eləcə də onun yaxınlığında dayanmış yük avtomobillərində yanğın baş verib.
Svyatoşın rayonunda yerləşən anbarda da yanğın qeydə alınıb. Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, yanğın tam söndürülüb.