Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində üç nəfər həlak olub, altı nəfər isə yaralanıb

11:32, 20.10.2026

 

Rusiya qüvvələrinin Kiyev vilayətinə hücumu nəticəsində üç nəfər həlak olub, altı nəfər yaralanıb.

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti, hədəf alınan obyektlərin istehsalat və anbar binaları olduğuna dair məlumat verir.

Rəsmi qurumun məlumatında, hadisə yerində yanğının artıq söndürüldüyü, dağıntıların təmizlənməsi işlərinin isə davam etdiyi deyilir.

Məlumat üçün bildirək ki, ötən gecə Ukraynanın digər şəhərlərinə də hücumlar edilib. Dneprin kənar məhəlləsində yerləşən anbarlara endirilən hava zərbəsi nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin, 27 yaşlı kişinin vəziyyəti ağırdır, o, xəstəxanaya yerləşdirilib.

Oxşar