Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində 3 nəfər ölüb
Rusiyanın Kiyev vilayətinə hücumu nəticəsində 3 nəfər həlak olub. Ukrayna mətbuatı xəbər verir ki, Rusiya hücumu pilotsuz təyyarələrdən istifadə edərək həyata keçirib.
Məlumata görə, hücum zamanı çoxmərtəbəli bina və ondan çox fərdi evə ziyan dəyib. Xilasetmə əməliyyatları hücumdan sonra gecə boyu davam edib.
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Rusiya indi hücum edə bilər, çünki onun hələ də sanksiyalardan yayınmaq imkanı var.
Bu səbəbsiz və terror müharibəsinə son qoymaq üçün Rusiyaya təzyiq göstərən hər bir liderə, hər bir ölkəyə təşəkkür edirəm”. Xüsusilə, sanksiyalardan yayınaraq tədarük edilən kamikadze və raketlərin istehsalı üçün istifadə edilən hər bir komponent üçün məsuliyyət olmalıdır”. – Zelenski bildirib.