Rusiyanın Kiyev və Odessanı bombalaması nəticəsində mülki əhali arasında ölənlər var
Rusiya hərbçilərinin Kiyev və Odessaya endirdiyi zərbələr nəticəsində mülki əhali arasında ölənlər var.
Kiyevin mərkəzində pilotsuz uçuş aparatı çoxmərtəbəli binaya çırpılıb. Nəticədə yeniyetmə həyatını itirib.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində üç nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenkonun bildirdiyinə görə, gecə saatlarında Kiyev vilayətinin üç rayonuna hücum edilib.
Brovary rayonunda anbar, Borispol rayonunda sənaye obyekti, Obuxov rayonunda isə üç fərdi yaşayış evi və dörd nəqliyyat vasitəsi zədələnib.
Rusiya zərbələri nəticəsində Odessanın fərdi yaşayış evlərinin yerləşdiyi ərazidə yanğın baş verib və bir nəfər həyatını itirib.
Rusiya qüvvələri yaşayış məhəllələrinə və poçt operatoruna məxsus logistika obyektlərinə silsilə genişmiqyaslı zərbələr endirib.