Rusiyanın Kazan şəhərində assosiasiyanın ölkələrindən başqa Türkiyə, İran, Azərbaycan və Ermənistanın birinci şəxslərinin iştirak etdiyi “BRİCS” sammiti başlayıb
Rusiyanın Kazan şəhərində “BRİCS” sammiti başlayıb. Çin, Hindistan, Misir, Cənubi Afrika Respublikasının liderləri sammitdə iştirak etmək üçün Rusiyaya gediblər.
“Həmçinin, “BRİCS” sammitində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, İranın Prezidenti Masud Pezeşkiyan, Azərbaycanın Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək.
Rusiyanın Prezident Administrasiyasının mətbuat katibi Dimitri Peskov, sammitdə ümumi maliyyə sisteminin ətraflı müzakirə olunacağını bildirib.
Kremlin mətbuat katibi deyib ki, Kazan sammitinin gündəmində “BRİCS”in genişlənməsi mövzusu yoxdur, lakin bu məsələ müzakirə olunacaq.
Rusiyanın Prezidenti Vladimer Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşündə, liderlərin assosiasiya çərçivəsində əməkdaşlığı genişləndirmək və gücləndirmək üçün Kazan sammitində mühüm qərarlar qəbul etməli olduqlarını bildirib.
“BRICS” 2006-cı ildə Rusiya, Çin, Hindistan və Braziliya tərəfindən yaradılmış dövlətlərarası assosiasiyadır. Cənubi Afrika Respublikası 2011-ci ildə təşkilata qoşulub. 2024-cü ilin əvvəlindən Misir, Efiopiya, İran, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı “BRİCS”ə qoşuldu.