Rusiyanın işğalçı ordusu Ukraynada Donetsk vilayətinin iki yaşayış məntəqəsini ələ keçirib

15:00, 28.10.2024

 
Rusiyanın işğalçı ordusu Ukraynada Donetsk vilayətinin iki yaşayış məntəqəsini ələ keçirib. Ukrayna mediasının məlumatına əsasən, Rusiya ordusunun bölmələri Kuraxovo şəhəri istiqamətində Qirnik yaşayış məntəqəsini ələ keçiriblər və eləcə də Selidovo, Boqoiavlenka, Novoukrainka, Şaxtarski və Novoalekseevki yaxınlığında irəliləyiblər.

Eyni zamanda, rus mediası ölkənin Müdafiə Nazirliyinə istinadən yazır ki, rus hərbçilər Tsukurino yaşayış məntəqəsini ələ keçiriblər. Qirnik və Tsukurino Donetsk vilayətinin iki şəhəri Kuraxovo və Selidovo arasında yerləşir.

Ukrayna Ordusunun Milli Qvardiyasının 15-ci “Kara-Daqi” briqadası rus qüvvələrinin demək olar ki, bir həftədir Selidovoya genişmiqyaslı hücum həyata keçirdiyini xəbər verir. Selidovonun mərkəzi hissəsinə artıq Rusiyanın işğalçı qüvvələrinin nəzarət etməsi haqda məlumat yayılır.

Oxşar