Rusiyanın işğalçı qüvvələri Ukraynada Xarkov və Donetsk vilayətlərində 3 yaşayış məntəqəsini ələ keçiriblər

14:37, 07.01.2025

 
Rusiyanın işğalçı qüvvələri Ukraynada Xarkov və Donetsk vilayətlərində 3 yaşayış məntəqəsini ələ keçiriblər.

Ukrayna mediası “Deep state” analitik layihəsinə istinadən yazır ki, rus hərbçilər Lozovia, İvanovka və Şevçenkonu ələ keçiriblər.

77-ci briqadanın əsgəri Viktor Petroviç bildirib ki, rus işğalçı qüvvələri qüvvələr toplayır və Xarkov vilayətində texnikanı bərpa etməyə çalışırlar.

“Deep state”in məlumatlarına əsasən, Rusiya ordusu İzium rayonunun Novaya Kruqliakovka qəsəbəsində irəliləməyə çalışır.

Eyni zamanda, Ukrayna mediası Donetsk vilayətinin Toretsk şəhəri istiqamətində ağır döyüşlərin davam etdiyi xəbərini verir.

Rusiyanın işğalçı qüvvələrinin piyada qoşunlarını şəhərin şimal-qərb və şimal ətraflarında görmək olar.

Oxşar