Rusiyanın hücumuna görə, Ukraynanın yeddi bölgəsi elektrik enerjisiz qalıb
Rusiyanın hücumuna görə, Ukraynanın yeddi bölgəsi elektrik enerjisiz qalıb.
Energetika nazirinin müavini Aleksandre Viazovçenkonun brifinqdə bəyan etdiyi kimi, Kiyev, Odessa, Xarkov, Dnepropetrovsk, Donetsk, Çerniqov və Zaporojie bölgələrinin əhalisi işıqsız qalıb.
Viazovçenkonun sözlərinə əsasən, təhlükəsizlik vəziyyətinin imkan verdiyi hər yerdə təcili bərpa işləri davam edir.
“Hazırda Ukraynanın bütün bölgələrində saatlıq kəsintilər qrafiki qüvvədədir. Kiyevdə və Kiyev bölgəsində təcili elektrik kəsintiləri tətbiq olunur. Onların müddətinə temperaturun əhəmiyyətli dərəcədə aşağı düşməsi təsir göstərə bilər” – Viazovçenko xüsusilə qeyd edib.
Nazir müavini əlavə edib ki, bombardman nəticəsində elektrik şəbəkəsində yaranan çətin vəziyyətə görə Kiyev və Kiyev vilayətinin, Odessa vilayətinin və Dneprin paylayıcı sisteminin operatorları şəbəkə məhdudiyyətləri tətbiq etmək məcburiyyətindədirlər.