Rusiyanın hücumu nəticəsində Zaporojiedə yerləşən infrastruktur obyektində yanğın baş verib, 13 000 abonent işıqsız qalıb
Rusiyanın hücumu nəticəsində Ukraynanın Zaporojie şəhərində yerləşən infrastruktur obyektində yanğın baş verib, 13 000 abonent işıqsız qalıb. Bu barədə Zaporojie vilayətinin hərbi administrasiyasının rəhbəri İvan Fedorov deyib.
O bildirib ki, hadisə yerində fövqəladə xidmətlər işləyir.
Bununla yanaşı, Donetsk vilayətinə edilmiş hücum nəticəsində ən azı iki nəfər xəsarət alıb. Ukrayna mediasının yazdığı kimi, pilotsuz uçuş aparatı beşmərtəbəli yaşayış binasına düşüb, nəticədə binada yanğın baş verib.