Rusiyanın hücumu nəticəsində Xarkov, Kropivnitski, İzium və Poltavada silsilə partlayışlar baş verib, Rusiya tərəfi isə ölkənin yeddi bölgəsində dronlarla hücum haqda xəbər verir
Rusiyanın hücumu nəticəsində Xarkov, Kropivnitski, İzium və Poltavada silsilə partlayışlar baş verib, Rusiya tərəfi isə ölkənin yeddi bölgəsində dronlarla hücum haqda xəbər verir

 

Rusiyada MiG-31K təyyarəsi havaya qalxdıqdan sonra bütün Ukrayna miqyasında hava həyəcanı elan edilib – bu haqda Ukrayna mediası xəbər verir.

Bundan sonra Xarkov, Kropivnitski, İzium və Poltavada silsilə partlayışlar baş verib. Bundan başqa, məlum olur ki, ukraynalı hərbçilər Pavloqrad və Dnepr istiqamətində də rus raketlərini qeydə alıblar.

Rusiya tərəfi isə dronlarla hücum haqda xəbər verir. Volqoqradın qubernatorunun bəyanatına əsasən, Rusiya Federasiyasının 7 regionunda hücum həyata keçirilib. Nəticədə bir neçə hava limanında məhdudiyyətlər tətbiq edilib.

Yayılmış məlumata əsasən, dronlarla həyata keçirilən hücum dağıntıya və itkiyə səbəb olmayıb, lakin enerji infrastrukturuna endirilmiş zərbə zamanı dronların qalıqlarının düşməsi bir neçə yaşayış məntəqəsini işıqsız qoyub.