Rusiyanın hücumu nəticəsində Ukraynanın İctimai Yayımçısı və "Dnipro" Radiosunun binasında yanğın qeydə alınır
Rusiyanın hücumu nəticəsində Ukraynanın İctimai Yayımçısı və "Dnipro" Radiosunun binasında yanğın qeydə alınır

 

Rusiya Ukraynanın Dnepr şəhərinə kütləvi hücum həyata keçirib, İctimai Yayımçı “Suspilne” və “Dnipro” Radiosunun binasına zərər dəyib.

Hücum nəticəsində ən azı iki nəfər yaralanıb və bir neçə yerdə yanğın baş verib. Yaşayış binaları və infrastruktura zərər dəyib.

“Suspilne” tərəfindən yayılmış bəyanatda onların binasında bu vaxta qədər yanğın olduğu, pəncərələrin sındığı, binanın döşəməsi və damının zərər gördüyü qeyd olunur. Onlar, hücum zamanı binada əməkdaşların olmadığını xəbər verirlər.

Bununla yanaşı, hücum nəticəsində Dneprin dəmir yolu stansiyasına zərər dəyib.

Xarkova edilən hücum nəticəsində ən azı bir nəfər həlak olub, doqquz vətəndaş yaralanıb.

Ümumilikdə, Rusiya gecə Ukrayna istiqamətində 114 dron və dörd raket buraxıb, bunlardan 70-i “Shahed” tipli pilotsuz uçuş aparatı olub.