Rusiyanın hücumu nəticəsində Ukrayna-Moldova sərhədindəki keçid məntəqəsi zərər görüb
Rusiyanın hücumu nəticəsində Ukrayna-Moldova sərhədində yerləşən avtomobil keçid məntəqəsi zərər görüb.
Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, “Shahed” tipli pilotsuz uçuş aparatı ilə hücum Ukrayna-Moldova sərhədində yerləşən “Vynohradivka” beynəlxalq avtomobil keçid məntəqəsində baş verib.
Hücum nəticəsində yanğın baş verib, sərhəd məntəqəsinin infrastrukturu zərər görüb.
Hazırda “Vynohradivka” keçid məntəqəsindən vətəndaşların və nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.
Bununla yanaşı, gecə Rusiya Ukrayna istiqamətində ümumilikdə 150 pilotsuz uçuş aparatı buraxıb. Xarkova endirilən zərbə nəticəsində bir nəfər həlak olub.