Rusiyanın hücumu nəticəsində Odessada iki nəfər ölüb, doqquz nəfər yaralanıb

12:14, 10.06.2025

Rusiyanın Ukrayna ərazilərini bombalaması nəticəsində Odessada iki nəfər həyatını itirib, doqquz nəfər isə yaralanıb. Bu barədə məlumatı Ukrayna mediası yayıb.

Odessanın Hərbi-Vilayət Administrasiyasının verdiyi məlumata görə, hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Mediaya əsasən, Xarkova endirilmiş zərbə zamanı bir nəfər ölüb, yaralananlar da var.

Ruslar dronlarla Kiyevə də hücum ediblər – hədəf olaraq yeddi rayon seçilib. Hücum nəticəsində dörd nəfər yaralanıb və infrastruktur obyektlərinə ziyan dəyib.

Oxşar